Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Hacıyev bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov gümüş medala yiyələnib.