Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində tatami üzərinə çıxan yerli idmançı Pristsilla Nyetonun kimonosundan mobil telefon düşüb.
Hadisə yaponiyalı Momo Tamaoki ilə yarımfinal görüşünün başa çatmasına 2 dəqiqə 22 saniyə qalmış qeydə alınıb. Nəticədə Lonon-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.
Sonradan bağışlanan qadın cüdoçu bürünc medal uğrunda görüşdə qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.