Azərbaycanın Ukrayna əsilli qadın cüdoçusu İrina Kindzerska Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı idmançı Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimində iştirak edib.
Kindzerska iki gündən sonra Ukraynaya dönəcək.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış cüdoçu daha əvvəl karyerasını bitirdiyini açıqlayıb.