"Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur, şəxsi işimdir".
Spornet.az xəbər verir ki, bunu Azərbaycan qadın güləşçisi Mariya Stadnik instaqram hesabından Azərbaycan bayrağını silməsi ilə bağlı danışarkən deyib.
50 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı vaxt özü haqqında bütün məlumatları sildiyini bildirib: "Azərbaycan bayrağının buna nə aidiyyatı var? Ümumiyyətlə, öz hesabımı bağlamışdım ki, mənə artıq adamlar yazmasınlar". (Report)