Bu gün Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev medal qazanmağa çalışacaq.
23 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Adlet Missinlə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.