Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.
Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.
Bununla da Azərbaycan cüdoçuları İslamiadada fərdi mübarizəni 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq), Elmar Qasımov (100 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.
Sabah isə komanda yarışları olacaq.
---------------------------------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Müzaffarbek Turoboyevlə üz-üzə gəlib.
22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Müzaffarbek Turoboyev ötən il Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarının qalibi olub.
-----------------------------------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.
Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.
81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.
100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda görüşə çıxacaq.
1/4 finalda məğlub olan qadın cüdoçular - Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.