
"Kikboksinq ilk dəfə İslamiadanın proqramına salınmışdı. Bizim üçün çox mötəbər və məsuliyyətli yarış idi".
Sportnet.az-ın məlumatına görə, bunu kikboksinq üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, İslamiadaya ciddi hazırlaşdıqlarını bildirib: "İdmançılarımız uğurlu çıxış etdilər. 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazandıq. Bu, heyətin 70 faizinin mükafatla geri dönməsi deməkdir. İnanıram ki, bundan sonra uğurlarımız daha çox olacaq".