Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan kikboksçusu Anar Məmmədovun (57 kq) sağ əli qırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında milli komandanın və idmançının şəxsi məşqçisi Eduard Məmmədov deyib.
O bildirib ki, son dünya çempionu olan tələbəsi final görüşünədək artıq zədələrlə üzləşib: "Onun finaladək burnu sındı, sağ gözü isə zərbədən şişmişdi. Finalda Türkiyə idmançısı Hatip Əmləklə görüşdə isə əli qırıldı".
Qeyd edək ki, kikboksinqin "lou kik" növü üzrə döyüşən Anar Məmmədov Avropa çempionu olmaq üçün noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək qitə birinciliyinədək hazır olmağa çalışacaq.