Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında yeni qaydalar tətbiq olunacaq.
Sportnet.az xəbər verir ki, IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmanlar Federasiyası) cüdo qaydalarında kiçik dəyişikliklər edib.
Bu dəyişikliklər Paris-2024 Yay Paralimpiya Oyunları bitənədək qüvvədə qalacaq. Əsas dəyişikliklərdən ikisi bunlardır:
J1 kateqoriyalı (heç görməyənlər) cüdoçuların tatamiyə daxil olması və çıxması qaydası dəyişdirilib. Artıq baş hakim idmançıların əlindən tutmayacaq. İdmançılar hakimin qolundan tutub tatamiyə daxil olacaqlar. Bu qayda artıq Antalya (Türkiyə), Nur-Sultan (Qazaxıstan) və San Pauluda (Braziliya) keçirilmiş son 3 Qran Pridə tətbiq edilib.
Sonomama-Yoşi qaydası isə eşitmə qüsurlu idmançılar üçün IJF (Beynəlxalq Cüdo Federasiyası) qaydasına uyğun dəyişdirilib.
Qeyd edək ki, Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatı 7-9 noyabr tarixlərində keçiriləcək.