
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov "Dana White’s Contender Series" (Deyna Uaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə qarşı keçirəcəyi görüşdən öncə rəsmi çəkiölçmə mərasiminə çıxıb.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə salamlaşan idmançılar ənənəvi olaraq, üzbəüz dayanaraq bir-birinin gözünün içinə baxıb. Onlar daha sonra görüşərək səhnəni tərk ediblər.
Döyüş ABŞ-ın Las Veqas şəhərində sentyabrın 6-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 7 sentyabr saat 07:00) keçiriləcək. Həmin döyüş gecəsində ümumilikdə 5 görüş olacaq. Gecənin ikinci döyüşü Abbasovun iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, Nəriman Abbasov UFC ilə 5 döyüşlük müqavilə bağlayıb. Abbasov İsmael Bonfimə qalib gələcəyi halda, UFC-nin əsas divizionunda döyüş hüququ əldə edə bilər. Hələlik Azərbaycanın MMA təmsilçilərindən UFC-də döyüşmək üçün tam hüquqa Qırğızıstanda yaşayan Rafael Fiziyev və ABŞ-da məskunlaşmış Nazim Sadıqov yiyələnib.