Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov mükafatlandırılıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı fəxri kürsüyə qalxarkən göz yaşlarını saxlaya bilməyib.
O, finaldakı hakim qərarı ilə qələbəni əldən verdiyi üçün ağlayıb. Təşkilatçılar cüdoçuya təsəlli verərək, onu sakitləşdiriblər.
Qeyd edək ki, Turan Bayramov finalda polşalı Ksaveri İqnasyaka uduzub.