Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında fərdi mübarizəni iki bürünc medalla başa vurublar.
Sportnet.az məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) qalib gələrək bürünc medala sahib çıxıb.
Daha əvvəl yalnız Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
--------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Kanada təmsilçisi Kayl Reyesə məğlub olub.
İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
----------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində mundialın son qalibi Jorje Fonsekanı (Portuqaliya) məğlub edib.
Kotsoyev finala gedən yolda kanadalı Kayl Reyeslə üz-üzə gələcək.
---------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib.
Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb. Onun növbəti görüşü portuqaliyalı Jorje Fonsekaya qarşı olacaq.
---------------------------------------
Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.
İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.