Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.
Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.
Avropa çempionatı, Budva
15 oktyabr
1/8 final
Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)
17 oktyabr
1/8 final
Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)
19 oktyabr
1/4 final
Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)
21 oktyabr
1/2 final
Aynur Rzayeva (+81 kq) – Zayra Qarsia (İspaniya)/Darya Kozores (Moldova)