1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda bir günə 5 medal
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Sportnet.az xəbər verir ki, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində 14 cüdoçu, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəkilərdə 17 cüdoçu medallar uğrunda mübarizə aparıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.
50 kq çəkidə Əhməd Rüstəmov, 55 kq-da Ayxan Mirzəzadə və Fərid Qarayev, 60 kq-da Ümüd Qurbanov bürünc medala yiyələnib.
Qızların mübarizəsində 48 kq çəkidə Vüsalə Hacıyeva 5-ci, 40 kq-da Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında 55 kq çəkidə Həsən Həsənli isə 5-ci yerə çıxıb.