
Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyevin martın 31-də Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqə turnirinə aparılmamasının səbəbi aydın olub.
Sportnet.az-ın məlumata görə, 100 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının dünya çempionatına daha yaxşı hazırlaşması üçün bu addım atılıb.
Gənclər arasında dDünya çempionunun adı Beynəlxalq Cüdo Federasiyasının (IJF) ilkin siyahısında göstərilsə də, ACF-in açıqladığı heyətdə ona yer verilməyib.
ACF-in mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova "Report"a bildirib ki, Kotsoyev mayda Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşır: “Mundiala çox az vaxt qaldığından, zədə almaq ehtimalı da nəzərə alınıb. Kotsoyevin dünya çempionatına daha yaxşı hazırlaşması üçün məşqçilər tərəfindən Antalyaya aparılmaması qərara alınıb”.
Qeyd edək ki, aprelin 2-dək davam edəcək Böyük Dəbilqə turnirində Azərbaycan 16 cüdoçu ilə təmsil olunacaq.