Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günü Azərbaycan yığması üçün uğurlu olub.
Sportnet.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, çempion tituluna yiyələnib.
Bu qələbədən sonra Azərbaycan komandası ümumi hesabda 4-cü pilləyə yüksəlib. Yığmamız İspaniya, Ukrayna, Gürcüstan kimi ölkələri arxada qoyub. Siyahıya Fransa (4-0-4) başçılıq edir. Moldova (1-0-1) ikinci, Sloveniya (1-0-0) üçüncü pillədə qərarlaşıb. Sloveniyanın Azərbaycan kimi bir qızıl medalı olsa da, iki idmançısının 5-ci yeri tutması ölkəmizi qabaqlaması ilə nəticələnib.
Qeyd edək ki, Avropa çempionatında hələlik 17 ölkənin idmançıları medal qazanıblar.