Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında mübarizə aparıb.
Sportnet.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev və Vüqar Talıbov tatamiyə çıxıblar. Onlar 1/16 finalda, müvafiq olaraq, italiyalı Kristian Parlati və brazilyalı Rafael Makedoya məğlub olaraq çıxışlarını başa vurublar.
Qeyd edək ki, Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda Hidayət Heydərov (73 kiloqram) qızıl medala sahib çıxıb.
--------------------------------------
Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında tatami üzərinə çıxacaq.
Sportnet.az xəbər verir ki, yarışın dördüncü günündə Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.