
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
Qeyd edək ki, imtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.