Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, qadınların yarışında Xanım Hüseynova (J2) birinci yeri tutub.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olan 30 yaşlı idmançı 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl İlham Zəkiyev (+90 kq) həlledici görüşə vəsiqəni təmin edib. Ötən gün Namiq Abaslı (73 kq, J2) qızıl medal qazanıb.