
Azərbaycan millisinin üzvü Rəşid Süleymanov Zalsburqda keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.
Sportnet.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz bürünc medal əldə edib.
Qeyd edək ki, Karate-1 A Seriya yarışları idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət daşıyır.