Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə "Prezident Kuboku"nda Sabir Zeynalov (58 kq) növbəti uğuruna imza atıb.
Sportnet.az xəbər verir ki, 20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli Hamza Tarhan, finalda isə rusiyalı Askhat Akmatov üzərində qələbə qazanaraq Prezident Kubokunun qızıl medalına sahib olub.
Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma Qran-Prisində də qızıl medal qazanmışdı.













































































