
Hazırda davam edən "Qəbələ" - "İnter" matçından öncə meydan sahibləri azarkeşlər önünə pankartla çıxıb. Sportnet.az-ın məlumatına görə, pankart 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tərtib olunub.
Pankarta Bəxtiyar Vahabzadənin "Bayraq" şerindən götürülmüş "Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq - öz yurduma öz hakimliyim" misrası yazılıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turunda keçirilən matçda hesab açılmayıb.