
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib, gələcək oyunlarda futbolçularımıza uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək müddətdə Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub. Yığmamız ilk oyunda Bosniya və Herseqovina millisini 4:0, ikinci qarşılaşmada Makedoniyanı 2:1, son oyunda isə Çernoqoriyanı 3:0 hesabı ilə məğlub edib.












































































