Sentyabrın 8-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bir həftə davam edəcək yarışda ölkəmiz yalnız qadın güləşində tam heyətlə təmsil olunmayacaq.
Sərbəst güləş növündə Əhmədnəbi Qvarzatilov (57 kq), Hacı Əliyev (61 kq), Maqomed Müslimov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq), Aslan Dzebişov (125 kq) mübarizə aparacaq. Olimpiya çempionlarımızdan Toğrul Əsgərov zədə səbəbindən Daşkəndə aparılmayacaq. Şərif Şərifova gəldikdə, onunla Xetaq Qazyumov arasında seçim aparan məşqçilər heyəti ikinciyə güvənməyi qərara alıb.
Yunan-Roma güləşi üzrə millimizdə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Cunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriyəti (130 kq) yer alacaq.

Qadın güləşi növündə isə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqneta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) qüvvəsini sınayacaq. 55 kq və 75 kq çəki dərəcələrində isə təmsilçimiz olmayacaq.
Cəfər RZAQULİYEV

Cəfər RZAQULİYEV