
"Bakcell Arena”da Premyer Liqa klublarının hüquq və lisenziya mütəxəssisləri üçün futbol hüququ üzrə seminar təşkil olunub. Sportnet.az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi seminarda Beynəlxalq İdman Arbitraj məhkəməsinin hakimləri Martens Dirk-Reiner, Pilavious Sofoklis və hüquqşünas Andreas Zagklis futbol hüququ mövzusunda təqdimatlarla çıxış ediblər.