"Azəryol" voleybol klubunun bazasındakı "Voleybol Mərkəzi”ndə 2014-2015 mövsümü üçün "Azəryol" klubunun açılış mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə klub prezidenti və "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov açıb.

O deyib ki, "Azəryol" Azərbaycan voleybolunda yenilik edib: "Artıq neçə illərdir ki, Azərbaycan çempionatında 6 klubumuz mübarizə aparır, amma yeni mövsüm üçün klubun media nümayəndələrinə və azarkeşlərə bu cür möhtəşəm təqdimetmə mərasimi ilk dəfə "Azəryol” tərəfindən edildi".

Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışı olan Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Azəryol”un rəhbərliyi mərasimdə ilk olaraq yeni himni və Azərbaycan voleybol klubları arasında ilk dəfə olaraq öz talismanını - "Yola”nı qonaqlara təqdim edib. Daha sonra "Şaolin” idmançıları, gənc gimnastlar və müğənnilər öz çıxışları ilə qonaqları salamlayıb. Açılış mərasiminin sonunda yeni mövsümdə "Azəryol"un şərəfini qoruyacaq oyunçuların təqdimat mərasimi baş tutub.

Məhz bu təqdimatdan sonra Azərbaycan Voleybol Federasiyasının I vitse prezidenti Faiq Qarayev çıxış edib. O, belə bir möhtəşəm tədbirin keçirildiyinə görə "Azəryol” klubunun prezidenti Cavid Qurbanova təşəkkürünü çatdırıb. Qarayev Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından və öz adından "Azəryol"a yeni mövsümdə uğurlar arzulayıb.

Daha sonra klubun prezidenti Cavid Qurbanov mərasimə təşrif buyuran qonaqları (Azərbaycan Milli Məclisinin üzvləri, Avropa Parlamentinin və Xarici səfirliklərin nümayəndələrini), media nümayəndələrini, azarkeşləri salamlayaraq çıxışında qeyd edib ki, bu gün ölkəmizdə idmana və idmançılarımıza prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır: "Məhz bu diqqətin nəticəsidir ki, bu gün biz müstəqil Azərbaycanımızda belə gözəl tədbirlər keçiririk".

Qeyd edək ki, sonda paytaxtımızda qonaq olan Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə yoldaşlıq görüşü keçirilib və oyun 2:2 hesabı ilə sona çatıb.