
Türkiyənin "Qalatasaray" klubunun 2015/16 mövsümündə istifadə edəcəyi formaların görüntüsü yayımlanıb. Sportnet.az-ın məlumatına görə, məşhur komandaların yeni geyimlərini internetdə paylaşan "Footyheadlines" İstanbul klubunun iki rəngdə olan formasını da yayımlayıb.
"Qalatasaray" futbolçularının yeni mövsümdə geyinəcəyi formalardan biri qırmızı, digəri isə qara rənglidir.









                 





    
    
    
    
    
    
    
    
    





















































