
Bayıl stadionunda AFFA əməkdaşlarından ibarət komanda ilə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, oyunda topa ilk zərbəni Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və U-21 qızlar yığmasının üzvü Nigar Cəlilli endirib.
Qarşılaşma 3:2 hesabı ilə Bakı 2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komandanın xeyrinə başa çatıb.





















































