
Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Qarabağ" klubu ilə qarşılaşacaq "Neftçi" ötən gün Qəbələ rayonuna yollanıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Qafqaz Resort" otelində məskunlaşmış komanda oyun öncəsi son məşqə bu gün saat 21:00-da çıxacaq.