
İspaniya "Real Madrid"inin qapıçısı İker Kasilyas 2014/2015-ci il mövsümü başa çatdıqdan sonra "kral klubu" ilə yollarını ayıracaq. Sportnet.az-ın "AS"a istinadən məlumatına görə, təcrübəli əlcək sahibi komandanı azad agent statusu ilə tərk edəcək.
Kasilyasın Madrid təmsilçisi ilə hazırkı anlaşması 2017-ci ildə başa çatmalıdır. Amma tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozmağı qərara alıblar.
Qeyd edək ki, ötən mövsüm İker Kasilyas İspaniya çempionatında forma şansını nadir hallarda qazanıb. O, əsasən Çempionlar Liqası və İspaniya Kuboku oyunlarında meydana çıxıb.