Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv ikinci dəfə Rusiya yığması ilə qarşılaşıb. “Soçi” klubunun məşq bazasında təşkil olunan oyun rəqibin qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, millimiz Rusiya ilə keçirdiyi ilk görüşdə 0:1 hesabı ilə məğlub olub.