
Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli yeni təyinat alıb.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, o, AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Polşa matçının hakim-inspektoru olacaq.
Dekabrın 17-də Ərzurum şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.