Futbol üzrə 2034-cü il dünya çempionatı qışda keçirilə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mundiala ev sahibliyi etmək üçün müraciət ünvanlayan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Bu, dekabrın 11-də FIFA-nın Konqresində rəsmən təsdiqlənəcək.
Səudiyyə Ərəbistanında yay aylarındakı istini nəzərə alsaq, turnirin qışda təşkil olunma ehtimalı yüksəkdir.
Yarışın Ramazan ayı ilə üst-üstə düşməməsi üçün dünya çempionatının yanvarın əvvəlində başlaması variantı müzakirə edilir.
Qeyd edək ki, 2022-ci ildəki mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə baş tutub.