"Hazırda "Xəzər Lənkəran”la bağlı danışmaq istəmirəm. Çünki Belçika "Gent”i ilə müqaviləm davam edir. Bu anlaşma 1 ay sonra başa çatacaq”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniq deyib.
Mustafa Dənizlinin istefasında yenicə xəbər tutduğunu deyən rumıniyalı mütəxəssis Cənub klubundan heç kimin onunla əlaqə saxlamadığını bildirib: "Heç bir "Xəzər Lənkəran” rəsmisi mənlə əlaqə salamayıb. Mənə bazar ertəsi zəng vurarsınız”.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın baş məşqçi postundan kənarlaşdırılan Mustafa Dənizlini əvəzləməyə ən real namizəd kimi məhz Mirça Rednik göstərilir. Rednik "Gent"in baş məşqçi postundan vaxtından əvvəl istefaya göndərildiyi üçün təzminatı ödənilib qurtaranadək başqa komandaya rəhbərlik edə bilməz. Əks halda, onun təzminatı dayandırılacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |