Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi üçün hazırlıqlarını davam etdirir.
Sportnet.az xəbər verir ki, Vitali Borisovun rəhbərliyi altında dekabrın 9-da start götürən təlim-məşq toplanışında 16 futzalçı iştirak edir.
Milli komanda bu gün fiziki və taktiki hazırlıqlar üzərində işləyib.
Qeyd edək ki, Azərbaycan millisi əsas mərhələdə ilk oyununu dekabrın 17-də Bakı İdman Sarayında İsveç yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.