"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Sportnet.az xəbər verir ki, haitili oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Sizə və ailənizə dərin hüznlə başsağlığı verirəm, həyatını itirənlər üçün" -, deyə futbolçu bildirib.