Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov Rusiyaya yollanıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis Rusiya yüksək liqasında çıxış edən MFK klubunun məşq prosesində iştirak edib.
O, ikiqat ölkə çempionunun məşqini izləyib, həmçinin komandanın və futzal üzrə Rusiya milli komandasının məşqçisi Besik Zoidze ilə görüşüb.
Qeyd edək ki, Rusiya klubunun idman direktoru vaxtilə “Araz-Naxçıvan” futzal klubunda işləmiş Arkadi Belıydır.