"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Tovuz təmsilçisi Joarlem Batista Santosla anlaşıb.
Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 29 yaşlı furbolçu son olaraq Portuqaliya "Şaviş"inin şərəfini qoruyub.