
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII tur oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. İlk iki qolu 56-cı və 60-cı dəqiqələrdə "Olimpiakos"un mərakeşli hücumçusu Ayub El Kaabi vurub. 89-cu dəqiqədə isə Culian Biankon yekun nəticəni müəyyənləşdirib.
Bununla da Yunanıstan komandası xallarını 15-ə çatdıraraq, 7-ci yeri tutub və birbaşa 1/8 finala vəsiqə qazanıb. "Qarabağ" isə 3 xalla 36 komanda arasında sonuncu pilləyə enib. Azərbaycan təmsilçisi həm də hamıdan çox - 20 top buraxıb.
-----------------
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII tur oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları 56-cı və 60-cı dəqiqələrdə "Olimpiakos"un mərakeşli hücumçusu Ayub El Kaabi vurub.
Bununla da Yunanıstan komandası xallarını 15-ə çatdıraraq, 7-ci yeri tutub və birbaşa 1/8 finala vəsiqə qazanıb. "Qarabağ" isə 3 xalla 36 komanda arasında sonuncu pilləyə enib. Azərbaycan təmsilçisi həm də hamıdan çox - 19 top buraxıb.
-----------------------
Bu gecə "Qarabağ" UEFA Avropa Liqasında cari mövsümdə son oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, "köhlən atlar" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Gecə saat 00:00-da başlayacaq oyunu Radu Petreskunun rəhbərliyi altında Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisi 7 turdan sonra 3 xalla 34-cü, "Olimpiakos" isə 12 xalla 12-ci pillədə qərarlaşıb. Artıq ən azı pley-off mərhələsinə vəsiqəni təmin etmiş Pirey klubu qələbə qazanacağı təqdirdə, birbaşa 1/8 finala yüksələ bilər. "Qarabağ" isə artıq bütün şanslarını itirib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VIII tur
31 yanvar
00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: Ayub El Kaabi, 56; 60. Culian Biankon, 89
Hakimlər: Radu Petresku, Radu Ginqulyak, Mirça Mihail Qriqoriu, Marsel Birsan
VAR hakimləri: Katalin Popa, Sebastian Koltesku
Hakim-inspektor: Gediminas Majeyka (Litva)
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina)
"Georgios Karaiskakis" stadionu.