
Fransanın "Lion" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Paulu Fonsekaya tapşırılıb. O, bu postda Pyer Sajı əvəzləyib.
Qeyd edək ki, "Lion" Liqa 1-də 30 xalla 6-cı pillədə qərarlaşıb. Komanda Avropa Liqasında 15 xalla 6-cı olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.