Futbol üzrə Türkiyə 1-ci Liqasında 22-ci turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.
22 turdan sonra 30 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.