Almaniyanın "Bavariya" klubunun hücumçusu Matis Tel İngiltərə təmsilçisi "Tottenhem"ə keçib.
Sportnet.az xəbər verir ki, bu barədə "Tottenhem"in mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. Bununla yanaşı, "Tottenhem" onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.
19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, M.Tel bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.