![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738909165_affa.jpg)
AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, milli assosiasiyanın yaydığı açıqlamada insident pislənilib və araşdırma aparıldığı qeyd olunub:
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.
Qeyd edək ki, oyunun ikinci hissəsində komandaların baş məşqçiləri və rəsmiləri arasında mübahisə yaşanıb. “Vətən” klubunun administratoru “ağ-qaralar”ın baş məşqçisi Asif Ramazanovu başla vurub. Daha sonra klub nümayəndələrinin araya girməsindən sonra tərəflər sakitləşdirilib.
Ramazanovun burnu sınıb və o, xəstəxanaya yerləşdirilib.