![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739128613_ronaldu-muqavile.jpg)
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Teleqraf-ın məlumatına görə, bu barədə jurnalist Nikolo Skira X sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni anlaşma 2026-cı ilin yayınadək qüvvədə olacaq. Rəsmi açıqlama isə tezliklə veriləcək. Təcrübəli forvard "Əl-Nəsr"də 2023-cü ilin yanvarından çıxış edir.
Xatırladaq ki, indiyədək Kriştianu Ronaldu 924 qol vurub. Bunlardan 789-u klublarda, 135-i yığmada qeydə alınıb. Cari mövsümdə 40 yaşlı hücumçu 25 oyunda 23 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt onun bazar dəyərinin 12 milyon avro olduğunu iddia edib.