![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739175058_fr.jpg)
Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsinin son günündə növbəti futbolçu keçidini həyata keçirib.
Sportnet.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa "Lans"ının futbolçusu Pşemıslav Frankovskini məcburi satınalma maddəsi ilə icarəyə götürüb.
Polşa millisinin 29 yaşlı sağ cinah müdafiəçisinin bu gün İstanbula gələrək "Cim-Bom"la müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Pşemıslav Frankovski "Lans"ə 2021-ci ildə ABŞ-nin "Çikaqo Fayr" klubundan keçib. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.