![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739191491_du.jpg)
İtaliyanın "Montsa" klubunda baş məşqçi dəyişikliyi olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi dekabr ayında müqavilə bağladığı Salvatore Bokketti ilə yollarını ayırıb. Onu bu postda Alessandro Nesta əvəz edib.
Nesta ötən ilin yayından dekabrına qədər "Monsta"nın baş məşqçisi olub. Bokketti məhz Nestanın istefasından sonra kluba keçmişdi.
Qeyd edək ki, "Monsta" İtaliya A Seriyasında 24 oyundan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.