![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739521741_rey.jpg)
Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Sportnet.az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu 1 pillə geriləyib.
3 pillə irəliləyən “Neftçi” 19 xalla 254-cüdür. 4 xal az toplayan “Sabah” 2 pillə geriləyərək, 278-ci sıraya enib. 14 xala malik “Zirə” 5 pilləlik yüksəlişlə 286-cıdır.
Qeyd edək ki, siyahıya 2489 xala malik “Real” başçılıq edir.