
"Kəpəz" futbol klubuna sponsor tapılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin rəsmi saytında məlumat yayılıb.
"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək", - deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında 22 turdan sonra 18 xalla 9-cu pillədə qərarlaşıb.