
“Bu oyunu aktivimizə yaza bilmərik”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah” komandasının baş məşqçisi Vasili Berezutski səfərdə "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasınln XXIII tur matçından sonra mətbuat komfransında deyib.
Rusiyalı mütəxəssis xal itkisində "Bayıl Arena"nın süni örtüklü olmasının da rol oynadığını bildirib: "Turnir cədvəlində yuxarı pillədəki komandalara qarşı yaxşı oynayırıq. Cərimə meydançasında qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Burada süni meydança amili də var”