
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk 4 cavab qarşılaşması keçirilib.
Sportnet.az xəbər verir ki, İtaliya klublarından ikisi mübarizəni dayandırıb. “Milan” evdə “Feyenoord”la heç-heçə etsə də, iki oyunun yekununda Niderland təmsilçisi üstün olub.
"Atalanta" isə Belçika "Brügge"sinə həm ilk, həm də cavab matçında uduzub.
Almaniya təmsilçisi "Bavariya" Şotlandiya "Seltik"i ilə ev oyununda son anda heç-heçəyə nail olub və ilk matçda qələbə qazandığı üçün 1/8 finala yüksəlib.
"Benfika" isə Portuqaliyada Fransa "Monako"su ilə qarşılaşmada əzmkar heç-heçə sayəsində mərhələ adlayıb. Bu komandalar arasındakı ilk matçda Lissabon komandası minimal hesablı qələbə qazanmışdı.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral
21:45. “Milan” (İtaliya) - “Feyenoord” (Niderland) - 1:1
Qollar: Santyaqo Himenes, 1 - Xulian Karransa, 73
Qırmızı vərəqə: Civayro Rid, 90 ("Feyenoord")
İlk oyun - 0:1
00:00. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika) - 1:3
Qollar: Ademola Lukman, 46 - Şemsdin Talbi, 3; 27. Ferran Cutqla, 45
Qırmızı vərəqə: Rafael Toloy, 87 ("Atalanta")
İlk oyun - 1:2
00:00. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 1:1
Qollar: Alfonso Devis, 90 - Joau Jota, 60
İlk oyun - 2:1
00:00. “Benfika” (Portuqaliya) - “Monako” (Fransa) - 3:3
Qollar: Kerem Aktürkoğlu, 22. Vangelis Pavlidis, 76 (penalti ilə). Orkun Kökçü, 84 - Takumi Minamino, 32. Elyess Ben Seqir, 51. Corc İlenixena, 81
İlk oyun - 1:0
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.